Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkədə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".
- Ərdoğan Azərbaycana gəlir
- Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...
- Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi
- Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb
- Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?
- AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi
- 9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… - Bayramov
- İranda şok: Azərbaycan bayrağının satışı qadağan edildi