Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək veriləcək.
Əvvəl bu müddət 2024-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
- Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım
- Nikol müşavirə keçirdi: Ordunun modernləşməsi...
- Tokayevin qərarı Türkiyəni narazı sala bilər?
- “Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi