Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

10:11 - 20 Oktyabr 2024 - GÜNDƏM

 Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində iştirak etməməklə doğru qərar verib.

BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, görünür, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib:

“Çünki Putin Bakıdakı tədbirə qatılsaydı, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi. Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə baş nazirini göndərəcək.

Bu xəbər hal-hazırda çox oxunur
“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi

Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda (22-24 oktyabr) olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir”.

Qeyd edək ki, BBC öz mənbələrinə istinadla Bakıda keçiriləcək COP29 tədbirinə Putinin deyil, Baş nazir Mişustinin gələcəyi barədə məlumat yayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol