Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sürayə Ağayeva 77 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə APA-ya S.Ağayevanın oğlu Fərid Gülməmmədov məlumat verib.
O bildirib ki, bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilən S.Ağayevanın səhhəti bir neçə gün əvvəl yenidən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
Mərhumla vida mərasimi 20 oktyabr, saat 11:00-da Təzəpir məscidində olacaq.
Qeyd edək ki, Sürayə Ağayeva 1947-ci ildə anadan olub.
O, UNESKO-nun nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi. Müxtəlif illərdə Bakı Musiqi Akademiyası, Türkiyənin Hacəttəpə Dövlət Konservatoriyası və Bilkənd Universitetinin musiqi fakültəsində müəllim işləyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. S.Ağayevanın elmi fəaliyyəti Azərbaycan, Şərq musiqi mədəniyyəti və orta əsr əlyazmalarının araşdırılmasına həsr olunmuşdu. Muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin müəllifidir.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir