Saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri–sabit yağıntılı hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb. Nəticədə qar örtüyü əmələ gəlib.
Qar örtüyünün hündürlüyü: Qrızda 17 sm, Xınalıqda 13 sm, Qusar (Laza) 6 sm, Şahdağda 3 sm olub.
Yağıntının miqdarı Lənkəranda 27 mm, Qusar (Laza) 23 mm, Şəki, Oğuzda 22 mm, Astarada 21 mm, İsmayıllıda 18 mm, Şamaxıda 17 mm, Xaçmazda 16 mm, Qubada 16 mm, Lerikdə 14 mm, Xınalıqda 12 mm, Qaxda (Sarıbaş) 11 mm, Yevlax, Xaltan, Goranboyda 10 mm, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9 mm, Qobustanda 8 mm, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7 mm, Zərdab, Daşkəsəndə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Şahdağ, 5 mm, Neftçala, Sabirabadda 3 mm, Kürdəmir, Gəncədə 2 mm, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 22 mm, Binədə 19 mm, Bakıda 11 mm -dək olub.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qusar, Qrız, Qax (Sarıbaş), Şamaxı, Göyçay, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou