Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, nişanlar və digər məsələlərlə bağlı standartlar yenilənməyib.
BUTA.TV xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
O, bildirib ki, ölkədə tətbiq edilən standartlar sovet dövründən qalıb:
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə iş aparır. Müəyyən standartlar təqdim edilir və təsdiqlənir. Amma ümumilikdə, bir çox hallarda Rusiyanın yeni təsdiq olunmuş standartlarına baxmağa məcbur oluruq. Eyni zamanda, Avropa ölkələrinin təcrübələrinə baxırıq. Bu təcrübələri ölkəmizdə tətbiq edəndə həmişə onların pilot layihə olduğunu deyirik və həmin standartların bizim yerli standartlara əlavə olunması barədə müvafiq müraciətlər edirik”.
“AYNA olaraq Amerika şirkəti ilə əməkdaşlıq edirik. Bütün layihələrdə onların hansısa formada iştirakı həyata keçirilir. Eyni zamanda bizim kollektivdə rusiyalı, türkiyəli, qazaxıstanlı mütəxəssislər də var”, - deyə o, əlavə edib.
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi
- ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
- Bağçalara müəllimlərin sənəd qəbulu başlayır
- Bakı və İrəvan arasında sülh... - Leyen
- Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma
- Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video