Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinə müşavir təyin edilib.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, bu vəzifəyə Mehriban Mehman qızı Rəsulova təyinat alıb.
O, cari ilin əvvəlindən DMA-ya təyinat alıb və Peşə hazırlığı departamentinin direktoru olub.
Qeyd edək ki, M.Rəsulova buna qədər Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb.
O, Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Beləliklə, DMA-nın İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 7-yə yüksəlib.
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi
- ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
- Bağçalara müəllimlərin sənəd qəbulu başlayır