Xəbər verdiyimiz kimi, ötən gün saat 21 radələrində Göyçay rayonunun Potu kəndində qətl hadisəsi baş verib. 39 yaşlı Asif Eminov kəsici alətlə öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov polisə təslim olub.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, hadisə öldürülən şəxsin avtomobilində baş verib.
Asif Eminov ailəli olub və Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətində çalışıb. Ailə üzvləri Potu kəndində yaşasa da, özü rayon mərkəzində yaşayırmış.
Bildirilir ki, Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşanıb. Qətl hadisəsinin həmin mübahisəyə görə törədildiyi qeyd olunur.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
- Azərbaycanda qeyri-adi daş kürə tapıldı - Foto
- Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video