Azərbaycanda ən çox yağıntı oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, oktyabr ayının ötən dövrü ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29, minimal temperaturu 10, orta aylıq temperatur isə 19 dərəcə isti qeydə alınıb. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir:
“Müqayisə üçün bildirim ki, keçən ilin analoji dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, minimal temperaturu 8, orta aylıq temperatur isə 18 dərəcə isti olub".
Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
N. Mahmudovun sözlərinə görə, oktyabr ayının ötən dövrü ərzində bölgələr üzrə maksimal temperatur Kürdəmir rayonunda 33 dərəcə isti, minimal temperatur isə Şahdağda 11 dərəcə şaxta müşahidə olunub.
O qeyd edib ki, ötən ilin oktyabrında bölgələrdə maksimal temperatur Göyçay rayonunda 34 dərəcə isti, minimal temperaturu isə Şahdağda 6 dərəcə şaxta qeydə alınıb:
“Oktyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə hava şəraiti əsasən yağmurlu keçib, bəzi günlərdə dağlıq ərazilərə qar yağması müşahidə olunub. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün maksimal hündürlüyü Qrızda və Lerikdə 17 sm qeydə alınıb. Ən çox yağıntı isə oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb. Yağan leysan yağışlar nəticəsində ölkə üzrə 7 sel hadisəsi qeydə alınıb”.
Xidmət rəisi qeyd edib ki, oktyabr ayının ötən dövrü ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 25 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib.
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım
- Nikol müşavirə keçirdi: Ordunun modernləşməsi...
- Tokayevin qərarı Türkiyəni narazı sala bilər?
- “Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı