Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan svetoforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb. Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.
- Azərbaycana qarşı hibrid hücumlar AB və Fransadan qaynaqlanır
- Azərbaycanda “Çin dili” dövrü başlayır
- Papanın dəfnində Azərbaycandan o iştirak edəcək?
- Şadlıq sarayları toy sahibinə niyə qəbz vermir?
- Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi
- Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi
- Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - Foto
- Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər - Namazov