Sabah “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar metronun əməliyyat planına əsasən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.
Matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi