Bakının daha bir prospekti və bir neçə küçəsinin əhatəsindəki evlərin söküntüsünə başlanılıb.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən gedir.
Xətai Rayon İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb.
Sakinlərin isə köçürülmə ilə bağlı onlara təklif edilən kompensasiyanın məbləğinə münasibətləri birmənalı deyil.
Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun bir sıra ünvanlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətə düşmüş evlər sökülüb, əhali köçürülüb. Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrində söküntü işləri davamı gedir. Yaxın günlərdə digər sakinlərin də köçürülmə prosesinə start veriləcək. Vətəndaşların kompensasiyanın məbləği ilə bağlı narazılığına gəlincə, İcra Hakimiyyətindən bildirildi ki, bu məsələ komissiya tərəfindən araşdırılacaq, vətəndaş məmnuniyyəti təmin ediləcək.
- Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video
- Putin məni təəccübləndirdi: Ukraynaya bu silahı verəcəm!
- Əliyevlə Paşinyan nədə razılaşdı? - İrəvan söz verdi
- Azərbaycanlıların məşhur bazarına hücum xəbərdarlığı
- Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video
- TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
- Məşhur göz həkiminə cinayət işi açıldı - VİDEO
- Oğul anasını döyərək öldürdü