Dövlət Departamenti ABŞ prezidentinin İrəvan və Bakıya təkliflərini açıqlamaq istəməyib.
BUTA.TV xəbər verir ki, bu, “Azadlıq” radiosunun Ermənistan bürosunun ABŞ XİN-ə göndərdiyi sorğunun cavabından məlum olub.
Sadəcə, qeyd olunub ki, Birləşmiş Ştatlar “uzunmüddətli və ləyaqətli” sülh sazişinin əldə edilməsi istiqamətində Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir.
“Tərəflər sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər. Birləşmiş Ştatlar bu prosesə tərəflər üçün faydalı olan istənilən formada dəstək vermək niyyətindədir”, - deyə Dövlət Departamentinin nümayəndəsi sorğuya cavabında bildirib və onların əlavə edəcəkləri heç nə olmadığını qeyd edib.
Qeyd edək ki, “Azadlıq” radiosu sorğusunda ABŞ prezidentinin Ermənistan və Azərbaycana göndərdiyi məktublarda nə təklif etdiyi, hansı kompromisləri nəzərdə tutduğu ilə maraqlanıb.
- “Açıq qapı”dan bir əsrlik tarixə baxış!
- Şirkət iflas etdi, milyonlarla dollarlıq təyyarələr səhrada qaldı - Video
- Azərbaycanda qeyri-adi daş kürə tapıldı - Foto
- Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar