Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Olivia Beauty Care" adlı mağazadan oğurluq edən bacılar saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, mağazadan oğurluq törətməkdə itiham edilən 1965-ci il təvəllüdlü, ali təhsilli N.J. və 1968-ci il təvəllüdlü, ali təhsilli G.J. bacıları barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, işə məhkəmədə baxılıb.
Məlum olub ki, N.J. və G.J. bacıları bu ilin mart ayının 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə özlərinə kasmetik əşyalar almaq üçün "Olivia Beauty care" adlı mağazaya daxil olublar. Həmin gün sözügedən mağazada müştərilərin çox olmasından istifadə edərək, vitrindən müxtəlif markalara məxsus ümumi dəyəri 1455 manat 40 qəpik ətirlər oğurlayıblar. Hadisənin üstü isə 24 mart 2024-cü ildə açılıb.
Bacılar məhkəmədə təqsirsiz olduqlarını bildirərək, barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Məhkəmənin qərarı ilə hər iki bacıya ayrı-ayrılıqda 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onlar Bakı şəhərinin hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.
- Azərbaycanlıların məşhur bazarına hücum xəbərdarlığı
- Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video
- TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
- Məşhur göz həkiminə cinayət işi açıldı - VİDEO
- Oğul anasını döyərək öldürdü
- Sevgilisinə görə 6 uşağını atdı - Verilişdə gərgin anlar
- Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...
- Lavrov Kim Çen İndən üzr istədi