Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib.
BUTA.TV xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Xəzər Xəbər-ə açıqlamasında deyib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.
Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.
Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.
Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı