Bakıda oktyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 2 sm təşkil edir.
Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.
Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı