Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
- Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi
- Könül Muxtarova onu təhqir edən şəxsi polisə verdi
- Azərbaycanda 18 otelin ulduz kateqoriyası ləğv olundu
- Bakıda su sayğaclarına qənim kəsilənlər saxlanıldı
- Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı
- Sabah Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
- DSX-nin Baş idarəsinin sabiq rəisi öldü - Foto
- Su kanalından 60 yaşlı kişi meyiti tapıldı