Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi

16:26 - 29 Oktyabr 2024 - GÜNDƏM

 Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əsgərovun məhkəmə prosesi keçirilib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

B.Əsgərov özünü qismən təqsirli bilib. O, proses zamanı ifadə vermək istəməyib. Hakim heyəti əvvəlcə zərərçəkənlərin dindirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası dekabrın 3-də keçiriləcək.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əsgərov digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.

İttihama görə, Bəhruz Əsgərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol