Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmayıllı rayon sakininə hökm oxunub.
“BUTA.TV” xəbər verir ki, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1993-cü il təvəllüdlü Coşqun Rzayev (soyad şərtidir) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, 2022-ci ildə dələduzluğa görə tutulmuş şəxs cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. Lakin o, oxşar əməllərinə davam edib.
Belə ki, paytaxtda tanış olduğu Nazilə adlı qadının həbsdə olan oğlunu azadlığa buraxdıracağını yalandan vəd edərək 45 min manata yaxın pul alıb. Coşqun həmin qadının Rusiya-Ukrayna müharibəsində iştirak edən qardaşını Azərbaycana gətirəcəyinə də inandıraraq 7 min manat əlavə pul alıb.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Qadın dələduzluqla üzləşdiyini görəndən sonra polisə müraciət edib və Coşqun saxlanılıb.
Zərərçəkmiş şəxs bildirib ki, onu Coşqunla Taleh adlı hərbçi tanış edib: “Mənə dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında onunla görüşəndə 2 ofisə daxil oldu, hamı onunla görüşürdü, mən də inandım ki, mötəbər adamdır”.
Coşqun Rzayev ifadəsində dələduzluq əməli törətdiyini etiraf edib. O aldığı pulları geri qaytarmayıb, lakin gələcəkdə qaytara biləcəyini deyib.
Məhkəmənin hökmü ilə 33 yaşlı şəxsə 7 il həbs cəzası verilib.
Aslan Vəliyev
- İnvestisiya üçün obyekt axtaranların nəzərinə - Bu əraziləri nəzərdən keçirin
- Nyu Yorkda 11 sentyabr belə xatırlandı: 2977 dron - Video
- Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
- Ukrayna ordusu Rusiyanın mühüm zavodunu vurdu - Video
- İran polisi mülki şəxsi güllələdi
- Husilər şəhərə girdi, Səudiyyə zərbələr endirdi
- Rusiya qazı ucuz deyil - Paşinyan
- “Dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək”