Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir.
BUTA.TV xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya söyləyib.
O qeyd edib ki, Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür:
“Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”.
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı
- Tünzalə Əliyevanın qardaşı vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi