2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub.
BUTA.TV xəbər verir ki, Modern.az bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.
Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu.
Görünür, qeyri-rəsmi qadağa artıq aradan qalxıb.
- ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclası başladı
- Avropa Birliyi Azərbaycana yeni səfir təyin etdi
- Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində
- Şuşanın bir hissəsini kəşf etdim - Britaniya səfiri
- Azərbaycanla bağlı mənə göstəriş verilib ki... - İran səfiri
- Rus əsgərlər bir-birini “güllələyib”, medal aldılar - Rəzalət
- Azərbaycan səhiyyəsini niyə dirçəltmək olmur? - Sensasion yazı
- ATƏT-in Minsk qrupu dekabra qədər ləğv ediləcək