Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır.
Belə ki, Faiq Yunis oğlu Osmanlıya məxsus Badamlıq MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.
Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının Badamlıq MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.
- Bakıda su sayğaclarına qənim kəsilənlər saxlanıldı
- Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı
- Sabah Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
- DSX-nin Baş idarəsinin sabiq rəisi öldü - Foto
- Su kanalından 60 yaşlı kişi meyiti tapıldı
- Meydan TV Fuad Qəhrəmanlını efirə çıxardı, darmadağın etdi - VİDEO
- Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?
- Nazir Brilyant Dadaşovanın ərinə yeni vəzifə verdi