ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.
“BUTA.TV” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir.
Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib ki, övladlarının həyatına zərər yetiriləcəyi barədə təhdid mesajları alır: “İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər”.
Təhdid mesajının fotosunu paylaşan Q.Ataşova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, Q.Ataşovanın müraciəti ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Q.Ataşova instaqram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirib. Bu məsələ geniş müzakirlərə səbəb olub. Ötən gün isə jurnalistin instaqram səhifəsi bağlanıb.


- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər