“Baku Elektroniks” 1 ay öncə alınan Ayfon-16 Pro Maks telefonunu İMEİ qeydiyyatdan keçirməyib.
Bununla bağlı BUTA.TV-a zərərçəkən müştəri Ruhin Əliyev məlumat verib. O bildirib ki, 4 min manat ödədiyi telefonda yaranmış problemlə bağlı mağaza onun şikayətinə laqeyd yanaşır:
“29 oktyabr və 13 noyabrda nömrəmə SMS gəldi ki, telefon qeydiyyatdan keçirilməlidir, əks təqdirdə 28 noyabr tarixindən cihazın istifadəsinə məhdudiyyət qoyulacaq. Mən “Baku Elektroniks”in “143” qaynar xətti ilə əlaqə saxladım. Bildirdilər ki, heç bir narahatlıq yoxdur, həmin vaxta kimi məsələ həll olunacaq. Amma telefon artıq 2 gündür bağlıdır. Yenidən “Baku Elektroniks”in qaynar xətti ilə əlaqə saxladım, bildirdilər ki, 5-10 günə açılacaq. Şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getdim. Onlar da nə telefonu geri qaytarıb, pulumu ödəyirlər, nə də məsələni həll edirlər. Əvəzində deyirlər ki, telefonu geri qaytarmaq üçün əlavə ödəniş tələb olunacaq”.
“Baku Elektroniks”in Xidmət və Servis şöbəsi məsələnin ona aidiyyəti olmadığını bildirərək, cavabdan imtina edib.
“Baku Elektroniks”in Müştəri Məmnuniyyəti şöbəsindən isə bildirdilər ki, müştərilərə göndərilən sms-lər məlumat xarakteri daşıyır, qeydiyyatla bağlı məsələ isə həllini tapıb:
“Son bir neçə gündə İMEİ-lərlə bağlı problem yaşanırdı, ancaq hazırda aradan qalxıb. Sadəcə, bu problemlə qarşılaşan müştərilər telefonu söndürüb, yenidən yandırmalıdırlar ki, yenilənmə olsun”.
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...