Rusiya Federasiyası Hökuməti Moskva və Bakı arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu, barədə Rusiya hökumətinin sədri Mixail Mişustin sərəncam imzalayıb.
Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialının artırılmasıdır.
Sazişə əsasən, Rusiya Federasiyası və Azərbaycan iki ölkənin sənəd və qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər.
Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.
Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər il Rusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. Bu, 2028-ci il yanvarın 1-dən ən azı 5 milyon ton olacaq, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Fatimənin qətlinə görə Türkiyədə saxlanılan var
- Su anbarında övladları ilə birgə batan polis şəhid övladı imiş
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var