Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluğun İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi İran vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib.
Şəxs ötən ilin may ayında Omanda müəyyən edilərək həbs olunub və hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı