Siz demokratik ölkədə siyasətçisinizsə, əsl vəzifəniz insanları sizin haqlı, qarşı tərəfin haqsız olduğuna inandırmaqdır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Məlumatlı Vətəndaşlar İttifaqı QHT-nin koordinatoru Daniel İoannisyan yazıb.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş prezidentləri debata çağırmasına toxunub:
“Sizin fikrinizcə, rəqib dəli, xain, populistdir. İnsanların buna inanıb-inanmaması sizi maraqlandırmır. Buna görə də debatda qalib gəlmək şansınızın çox olduğunu düşünürsünüz. Müəyyən sayda insanı fikrinizin doğru olduğunuza inandıra bilsəniz, debata gedirsiniz. Bacarmasanız, hər cür bəhanələrlə yayınırsınız”.
Paşinyanın “1994-dən bəri Qarabağın Azərbaycanın tərkibinə qaytarılması müzakirə edilirdi” fikrinə toxunan D.İoannisyan bunun belə olmadığını bildirib:
“1994-cü ildən Qarabağı Azərbaycana qaytarmaqla bağlı danışıqlar apardığımızı düşünmürəm. Bu proses 1996-cı ildə Lissabonda başlayıb”.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1996-cı ildə keçirilən Lissabon sammitində 54 ölkənin 53-nün Ermənistanın işğalçı olduğunu təsdiqləyən sənədə imza atmasına nail oldu. Yalnız 54-cü ölkə, yəni Ermənistan etiraz etdi. Bu, Qarabağ danışıqlarında rəsmi Bakının ilk tarixi diplomatik qələbəsi hesab olunur.
Daha sonra H.Əliyevin dünyanın aparıcı gücləri ilə görüşləri və Azərbaycan həqiqətlərini dünyaya tanıtdırması prosesi geniş vüsət aldı.
- Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan
- Qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- “Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
- Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!
- Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…
- Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi
- Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik
- Putin hərbi forma geyindi: media isə işi “korladı” - VİDEO