Quşlar eyni anda iki mühərrikə girə biməz - Ekspert

13:00 - 26 Dekabr 2024 - GÜNDƏM

 Quşlar eyni anda iki mühərrikə girə biməz - Ekspert

Uçuşdan əvvəl ekipaj əvvəlcədən alternativ aerodromları nəzərdən keçirir. Yanacağın miqdarı, hava şəraiti, sərhədləri keçmək zərurəti və digər parametrlər hesablanır. Çox güman ki, onlar Aktaunu alternativ hava limanlarından biri kimi planlaşdırıblar. Bu baxımdan ekipaj çox güman ki, normal hərəkət edib.

BUTA.TV xəbər verir ki, bunu qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev “Orda” nəşrinə Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.

“Təyyarədən çəkilən videoda oksigen maskalarının düşdüyünü müşahidə etdim. Bu, texniki bir şeyin baş verdiyini göstərə bilər. Maskalar adətən dehermetizasiya zamanı və ya digər fövqəladə hallarda sərnişinlərin oksigenlə təmin edilməsi lazım olduqda düşür. Təyyarə transponderdən istifadə edərək siqnal göndərir və onun köməyi ilə hərəkət izlənir. Əgər onun siqnalı itibsə, bu o deməkdir ki, elektrik kəsilə və ya başqa bir şey baş vermiş ola bilər. Bəlkə də pilotlar mühərriki yenidən işə salmağa çalışırıblar və bunun üçün bütün təyyarənin enerjisini kəsiblər. Çoxlu fərziyyələr ola bilər. Amma bütün bunlara, nəhayət, istintaq zamanı aydınlıq gələcək”, - ekspert bildirib.

Onun sözlərinə görə, görünür təyyarə stabil uçmayıb və pilotlar da səviyyəni düzəltmək istəyiblər:

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

“Onlar yerə enmək üçün uçuş-enmə zolağına dönməyə çalışırdılar, lakin böyük tanqajla (təyyarələrin yan oxu ətrafındakı hərəkəti – red.) toqquşmaya səbəb oldular. Buna bir çox amillər təsir edə bilərdi. Məsələn, bəzi texniki problemlər üzündən təyyarəni idarə edə bilməmək. Pilotlar kamikadze deyil, onlar ilk növbədə özlərini və sərnişinlərini xilas edirlər. Məncə, onlar təyyarəni mümkün qədər təhlükəsiz yerə endirmək üçün əllərindən gələni etdilər. Amma hər şey başqa cür oldu”.

Muxtıbayev bildirib ki, quşların eyni anda iki mühərrikə girməsi çətindir:

“Bir mühərriklə uçuşa davam etmək mümkündür. Adətən quşlarla toqquşma qalxma və eniş zamanı baş verir. Hündürlük əldə etdikdən sonra bu, quşların kütləvi miqrasiyası zamanı baş verə bilər. İndi qışdır, miqrasiya da yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol