AZAL təyyarəsinin 25 dekabrda Qroznı səmasında HHM sistemi vasitəsilə vurulmnası və ciddi zədələnməsi, daha sonra Aktaudan qəzaya uğramasının ardınca Qroznı və Mahaçqalaya reyslərin dayandırılması barədə qərar verildi.
BUTA.TV xəbər verir ki. bu gün isə AZAL-ın Bakı-Minvod reysini həyata keçirən təyyarəsi təyinat hava limanına dron hücumu səbəbindən Xəzər üzərindən geri qayıdıb.
Qazaxıstan bu gün Yekaterinburqa, İsrail aviaşirkəti isə bütün Rusiyaya uçuşları dayandırıb. Səbəb təhlükəsizliyin təmin edilməməsidir.
Mütəxəssislər hesab edir ki, Rusiya hava səması artıq böyük ölçüdə - xüsusilə Şimali Qafqaz istiqaməti – təhlükəsiz deyil. Bu səbəbdən daha ciddi addımlar atılmalıdır. Xüsusilə onu nəzərə alaq ki, vurulan təyyarəmiz 25 dekabrda eniş üçün Minvod hava limanını da xahiş edib, lakin ora da enməsinə izn verilməyib. Bu baxımdan Mineralnıye Vodı istiqamətinə bu gün AZAL təyyarəsinin uçuş həyata keçirməsi və geri dönməyə məcbur olması da diqqət çəkir.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
Üstəlik, Rusiya baş verən insidentə görə Azərbaycandan üzr istəməyib, təzminat ödəməyib və təyyarələrin təhlükəsizliyi üçün əlavə addımlar barədə qərar verməyib.
Bu baxımdan AZAL-ın bütün Rusiyaya reysləri təxirə salması gündəmə gəlib.
AZAL Minvod reysinin geri qayıtması ilə bağlı açıqlamasında da buna işarə edib. Şirkət bildirib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
- DYP-dən yük maşını sürücülərinə xəbərdarlıq
- Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
- Ağdama daha 120 ailə yola salındı
- Saleh Məmmədovun komandası yoxlanılır - HƏBSLƏR GÖZLƏNİLİR
- Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR - VİDEO
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib