Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürak və digər rəsmilər hadisə ilə bağlı kədərlərini Azərbaycan səfiri Rəşad Məmmədova çatdırıb, Azərbaycan xalqına başsağlığı veriblər.
"Azərbaycan və Türkiyə tarix boyu “bir millət, iki dövlət” anlayışı ilə birlikdə sevinc və kədər yaşayıb. Çətin anlarda bir-birinə dəstək olub, nə olursa olsun, çiyin-çiyinə olublar. Bu gün biz qardaş Azərbaycan xalqının yaşadığı dərin ağrıları qəlbimizdə hiss edir və eyni kədəri bölüşürük. Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik", - deyə Y.Gülər səfirlikdə açılan xatirə kitabında qeyd edib.
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü