Dubay-Moskva reysi ilə uçan "Aeroflot" təyyarəsi sərnişinlərdən birinin salonda dava salması səbəbindən Bakıda təcili eniş edib. Hadisəyə səbəb sərnişin Roman Paxomovun qeyri-adi davranışları olub.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. Sərnişinlərin sözlərinə görə, Paxomov təyyarəyə daxil olarkən sakit və ayıq olub. Lakin uçuş zamanı özü ilə gizlədiyi spirtli içkini içdikdən sonra aqressivləşib. O, qışqırmağa, sərnişinləri və ekipaj üzvlərini təhqir etməyə başlayıb. Onu sakitləşdirmək üçün tədbirlər görülsə də, sərnişin qandalı və yapışqan lenti qıraraq pəncərəni sındırmağa cəhd edib.
Bu vəziyyət kapitanı təyyarəni Bakıda təcili endirmək qərarına gətirib. "Boinq 777" təyyarəsi eniş etdikdən sonra Paxomov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Sərnişin ayılandan sonra etdiyi hərəkətləri xatırlamadığını deyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan bundan öncə sərnişinlərdən birinin qeyri-etik davranışına görə təyyarənin məcburi eniş etdiyini təsdiqləmişdi.
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü