Bu günlərdə Rusiyanın aparıcı enerji korporasiyalarından biri “İnter RAO”nun təmsilçiləri Azərbaycan və Gürcüstana müraciət edərək, lazım gələrsə, həmin ölkələrdən elektrik enerjisi tədarükü təşəbbüsü ilə çıxış edib. Söhbət 600 MVt-a qədər idxaldan gedirdi. Artıq Azərbaycandan ilk tədarüklər həyata keçirilib. Gürcüstan da tədarükdə iştirak etməyə hazır olduğunu bildirib. Ermənistanın isə ümumiyyətlə adı yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni iqtisadçı Akop Köçəryan deyib.
O bildirib ki, hakimiyyətin yarıtmaz siyasəti nəticəsində Ermənistan enerji resurslarının ixracı üçün böyük potensiala malik olmasına baxmayaraq, regional proqramlardan kənarda qalıb:
“Səbəblərdən biri odur ki, hakimiyyətə gələn gənc inqilabçılar Ermənistan-Gürcüstan yeni elektrik verilişi xəttinin həyata keçirilməsində tamamilə uğursuzluğa düçar oldular”.
O bildirib ki, əgər 2023-cü ilə qədər Ermənistan Gürcüstana elektrik enerjisi ixrac edirdisə, 2024-cü ildə yalnız idxal edib.
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?
- Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü
- Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub