Levon Ter-Petrosyan prinsipial olaraq yeni bir şey deməyib. Uzun zamandır sirr deyil ki, Sovet İttifaqının dağılması əsasən milli məsələlərin qabardılması və millətlərarası münaqişələrin alovlandırılması ilə başladı. Bu prosesin sifarişçiləri Qərbdə – əsasən okeanın o tayında yerləşirdi, icraçıları isə yerli ərazilərdə fəaliyyət göstərən, xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınmış Levon Ter-Petrosyan kimi şəxslər, mədəniyyət, elm və hətta siyasi elitanın nümayəndələri idi.
Bu sözləri BUTA.TV-a rusiyalı beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də "Yerkpara" könüllülər birliyinin toplantısında etdiyi çıxışını şərh edərkən bildirib.
“Millətçilik ssenarisi həmin dövrdə bütün sovet respublikalarında, o cümlədən RSFSR-də həyata keçirilirdi. Qafqazda isə vəziyyət daha tez gərginləşdi. Bunun səbəbi, ilk növbədə, Qafqaz xalqlarının temperamentli olması və respublikaların çoxmillətli xarakteri idi. XX əsrin 80-ci illərinin sonundakı faciəvi hadisələrə qədər Qafqazı müasir Babil adlandırmaq olardı.
İkincisi, yerli strukturlara müəyyən səlahiyyətlərin həvalə edilməsi və ənənəvi idarəçilik xüsusiyyətləri nəticəsində Moskvanın buradakı nəzarəti tam deyildi. Həmçinin Qafqaz respublikalarına müəyyən iqtisadi üstünlüklər verilmişdi. Bu, bir növ NEP 2.0 (Yeni İqtisadi Siyasət) idi ki, nəticədə Gürcüstan, Azərbaycan və Ermənistan SSR-də bir çox sovet vətəndaşı üçün həyat səviyyəsi ölkənin orta göstəricisindən yüksək idi. Yəni obyektiv olaraq, Moskvanın onları əzdiyi və haqsızlıq etdiyini hiss etmələri üçün əsas yox idi. Buna baxmayaraq, bu narrativ (indi bunu demək dəbdədir) kənardan insanların düşüncəsinə yeridilirdi.
Üçüncüsü, radikalizmə digərlərinə nisbətən daha tez erməni millətçiləri yetişdi və Qərb onların köməyi ilə bir sıra silsilə tədbirlər təşkil etməklə XXII Yay Olimpiya Oyunlarının iştirakçılarının və tamaşaçılarının təhlükəsizliyinin təmin edilməsi məsələsində SSRİ-ni gözdən salmağa çalışırdı. Bu, 1977-ci ildə Moskva metrosunda qanlı terror aktları törətməklə özünü göstərdi. Əlbəttə ki, bu terror aktlarının icraçılarına həqiqi məqsəd və hədəflər çatdırılmamışdı. Millətçilik kartı XX əsrin 80-ci illərinin sonunda olduğu kimi oynanılırdı”, –politoloq vurğulayıb.
Arkov Ter-Petrosyanın bəyanatında erməni millətçiliyinin xüsusiyyətlərini qeyd edərək, onun Ukrayna millətçiliyi ilə oxşar cəhətlərə malik olduğunu bildirib:
“Bu, bir milləti (bu halda erməniləri) digər bütün millətlərdən üstün tutmaq, ərazi və mədəni dəyərlərə iddiaları əsaslandırmaq üçün tarixin saxtalaşdırılması cəhdləri kimi çox təhlükəli tendensiyadır. Xüsusilə də narahatlıq doğuran məqam odur ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan özünü Levon Ter-Petrosyanın tələbəsi kimi təqdim edir, nasist cinayətkar Qaregin Njdeni qəhrəmanlaşdırır; uzun illər millətçi Monte Melkonyanı zahirən təqlid edib və faktiki olaraq Ermənistanı ABŞ və Fransanın forpostuna çevirib. Hansı ki, bu ölkələr (xüsusilə Paris) bölgəni yeni hərbi münaqişələr xaosuna sürükləmək niyyətlərini gizlətmir”.
- Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir?
- ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... - Surenyants
- Ermənistan vasitəsilə Azərbaycandan Azərbaycana əlaqə...
- Tehrandan Bakıya qarşı şok gediş: Sərhədimizdə, görün, nə qurdu...
- İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...
- Makronu Əliyevə “depeşa” göndərməyə nə vadar edib?
- Qətər əmiri və müavini İlham Əliyevə başsağlığı verdi
- İran bu saxtakarlığı o qədər səliqəsiz etmişdi ki...