İran 120 minlik ordu ilə kimə meydan oxuyur? – Hərbi ekspert

09:12 - 8 Yanvar 2025 - GÜNDƏM

 İran 120 minlik ordu ilə kimə meydan oxuyur? – Hərbi ekspert

Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İranla bağlı olacaq.

Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov SEPAH-ın 120 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlərinin Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər davam etməsinin ABŞ-a mesaj olması haqda şərhlərə münasibət bildirərkən deyib.

Hərbi ekspert bildirib ki, İran zaman-zaman belə bleflər edib:

“Bu təlimlər də hədə-qorxu xarakterlidir. Lakin bu mövzuda İranın məqsədlərinə çatacağını düşünmürəm. Çünki İran özü də bilir ki, nə Amerika, nə də Fransa ilə ayaqlaşa bilər. İndiki halda İran anlayır ki, ABŞ-da Donald Trampın prezidentlik vəzifəsini icra etdiyi dönəmdə ərazisinə mütləq zərbə endiriləcək. Bu, bir ay tez və ya beş ay gec ola bilər.

Qeyd edim ki, Trampın bu tip hədə-qorxulardan çəkinəcəyini düşünmürəm. Əksinə, SEPAH-ın meydan oxuyan təlimi Trampın qərarını tezləşdirə bilər”.

Üzeyr Cəfərov əlavə edib ki, artıq İranın blefləri ciddiyə alınmır:

“İran ordusunun zəif olduğunu düşünmürəm. Ancaq ötən il İranın sabiq prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı, 10 saat yerini təsbit edə bilmədilər. Axırda Türkiyə PUA-sı köməyə gəldi. Daha sonra, HƏMAS lideri İsmayıl Haniyə İranda sui-qəsd nəticəsində öldürüldü və İran bunun qarşısını ala və ya cavabını verə bilmədi. Ona görə də hesab edirəm ki, İranın hərbi və təhlükəsizlik məsələsində ciddi zəiflikləri var”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol