İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib.
TƏBİB-dən BUTA.TV-a bildirilib ki, Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qızın həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb.
Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.
- Bakı ilə sərhədlərin delimitasiyası üzrə danışıqlar... - Mirzoyan
- Baş nazir Türkiyə səfirini qəbul etdi
- Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat
- Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi
- Qəza səbəblərinin araşdırılmasına dəstək verməyə hazırıq - Lemmi
- Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
- Rusiya Rövşən Əsgərovu terrorçu elan etdi
- Trampın İranla bağlı qərarı necə olacaq? - Video