Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BUTA.TV Qlobal.net-ə istinadən xəbər verir ki, İ.Qəribovun ölümü intihar deyil, qəsdən törədilmiş cinayətdir. Məlumata görə, İ.Qəribovun biznesi olub. O, evdən çıxarkən üstündə külli miqdarda pul olub.
Mərhumun gölün sahilində aşkar edilən çantasında onun mobil telefonu, pasportu və digər əşyaları olsa da, üzərində və çantasında pul tapılmayıb.
Mərhumun ailəsi və yaxınları İlhamın intihar etdiyinə inanmır. Onun çox şən, nəşəli, ailəsinə bağlı biri kimi xarakterizə edir. O, ailəsinə Qəbələyə gedəcəyi ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, mərhum 40 yaşlı Qəribov İlham İslam oğlu yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən çıxaraq, bir daha geri qayıtmayıb. O gündən onun axtarışları başlayıb.
Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb. Meyitin üz lham Qəribov özü də bir müddət mətbuatda müxtəlif qəzetlərdə çalışıb. Ailəli idi, 2 qız övladı var.
İ.Qəribov alim İslam Qəribovun oğludur. İslam Qəribli filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.
- Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi
- Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat
- Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV
- Trampın Rusiya və Çinə sensasion tələbi
- Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!
- İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?
- Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
- 170 azərbaycanlı işgəncələrlə öldürüldü