Tayvan təcili olaraq Penhu arxipelaqının müdafiəsini gücləndirir və mütəxəssislər bunu adanın əsas müdafiə sütunlarından biri adlandırırlar.
BUTA.TV “Röyters”ə istinadən xəbər verir ki, Çin Tayvanı ələ keçirməyə cəhd edərsə, Penhu hücumun ilk dalğasında zərbə ala bilər.
Bildirilib ki, Penhu arxipelaqı 90 adadan ibarətdir və Tayvanın cənub-qərb sahillərindən təxminən 50 kilometr məsafədə yerləşir.
Təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, Çin donanması əsas adaya hücum etməyə cəhd edərsə, sözügedən arxipelaq Tayvan ordusuna müqavimət göstərməyə imkan verəcək.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Su Tsiyuna görə, Penhu adasını keçməyə çalışan Çin gəmiləri orada yerləşdirilən raketlərin hədəfinə çevrilə bilər.
Ekspert hesab edir ki, buna görə də, Çin ordusu əsas adaya hücum etməzdən əvvəl arxipelaqa qoşun yeritməli olacaq.
İddia edilir ki, Tayvan Hərbi Dəniz Qüvvələri Sahil Komandanlığı gəmi əleyhinə və desant əleyhinə əməliyyatlar üçün ilk dəfə olaraq arxipelaqda “Hsiung Feng” raket buraxılış qurğularını yerləşdirib.
- Qərb orduları Ukrayna hərbçilərindən dərs alır - Molde
- Braun xəbərdarlıq etdi: Gələn qış Ukrayna üçün...
- Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
- Tayvan Çin hücumuna hazırlaşır
- Selə tab gətirən bu evin görüntüləri viral oldu - Video
- Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu
- Xersonda ardıcıl partlayışlar baş verdi
- Ronaldonun qolu "Əl-Nəsr"ə qələbə gətirdi