Ermənistandakı Avropa Birliyi "missiyası" Azərbaycanla şərti sərhəddə müşahidə aparmaqda davam edir.
BUTA.TV xəbər verir ki, fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa Birliyinin bayrağının olduğu 2 ədəd “Cip” və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıdıblar.
Avropa Birliyi nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- 11 sentyabr terrorundan 25 il ötür
- ABŞ-dan İrana qarşı növbəti sanksiya...
- Əlcəzairdən BƏƏ ilə bağlı daha bir sərt qərar
- ABŞ-dan etiraf: İran ciddi zərər verdi!
- “Sabah” səfərdə uduzur - Canlı-Yenilənir
- Husilər bu şəhəri ələ keçirdilər - Video
- Rusiya-Ukrayna danışıqları bu ölkədə keçirilə bilər
- Dünyada ən çox maaş alan baş nazir odur