Xəbər verdiyimiz kimi, DTX və DİN ölkəmizdə radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin qarşısını almaq məqsədilə birgə kompleks tədbirlər həyata keçirib.
BUTA.TV xəbər verir ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Əməliyyat nəticəsində 8 nəfər - Əlipaşa Kamilov, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar gizlənən qanunsuz silahlı birləşmənin üzvləri Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev, həmçinin Nazim Zəkiyev, Kamran Kərimxanov və Rövşən Laçınov məhv ediliblər.
Terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat çəkilişini təqdim edirik:
- Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya
- İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü