Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.
Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.
Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.
Bildirək ki, Ə.Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. O bu gün torpağa tapşırılıb.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...