ABŞ Prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərmanı bir mesaj kimi qəbul edilə bilər. Tramp prezident seçilməmişdən öncə də İrana qarşı təzyiqləri artıracağını vəd etmişdi və indi bu vədləri yerinə yetirməyə çalışır.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu ABŞ prezidentinin İranla bağlı fərmanını şərh edərkən bildirib.
O qeyd edib ki, Tramp Ağ Evə gəldikdən sonra yüzlərlə qərar imzalasa da, bu fərmanların hamısının yerinə yetiriləcəyi dəqiq deyil.
Ekspertin sözlərinə görə, ABŞ və İsrail İranın nüvə çalışmalarından ciddi narahatdır. Məhz buna görə Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun 4 fevralda baş tutan görüşlərində İran mövzusu xüsusi diqqət mərkəzində olub:
“İsrail ABŞ-a tövsiyə edir ki, İranın hava müdafiə sistemi zəif olduğu bir vaxtda onun nüvə obyektlərinə zərbələr endirilsin. Lakin Tramp hələ ki, bu cür hərbi addımların əleyhinədir və müharibə istəmir. Buna baxmayaraq, Vaşinqtonun Tehrana təzyiqləri davam edəcək”.
Elxan Şahinoğlu əlavə edib ki, İran nüvə çalışmalarından imtina etdiyini yalnız bəyanatlarla deyil, əməli şəkildə sübut edərsə, Tramp danışıqlara açıq ola bilər. Hətta ABŞ prezidenti İranın mötədil islahatçı kimi tanınan lideri Məsud Pezeşkianla görüşü də istisna etmir:
“Bu fərman rəsmi şəkildə təzyiqlərin dərhal həyata keçirilməsi anlamına gəlmir. Tramp bununla İrana mesaj göndərir ki, nüvə çalışmalarından əl çəkdiklərini əməli şəkildə sübut etsinlər və şərtləri qəbul etsinlər. Əks halda, Vaşinqton sanksiyaları daha da sərtləşdirə bilər”.
- Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh
- Ramiz Mehdiyev həbs edildi - Təcili
- Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq
- Tramp Əliyev haqda: Onunla düşmən olmaq istəməzsiniz - Video
- Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan
- ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı
- Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi