Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
“BUTA.TV” xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:
“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.
![](https://qafqazinfo.az/uploads/1738863813/2.jpg)
![](https://qafqazinfo.az/uploads/1738863813/1.jpg)
- Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...
- Cəlal Arutyunyana hökm oxundu
- Sərhədçilərimiz AB müşahidəçilərini belə izləyir - Video
- Bu ölkə prezidentləri Bakıya gəlir - Forum olacaq
- Yerusəlim Post: İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür
- Eurasianet: Paşinyan Bakının əli ilə “meyvə” qoparmaq istəyir
- Kremldən Rus Evi ilə bağlı açıqlama: Qərar veriləcək!
- Putin AZAL təyyarəsi ilə bağlı bəyanat verəcək? - Peskov