Valuyevin dediyi və parlamentariyə yaraşmayan “şobla” ifadəsi məndə ikrah yaratdı.
Bu sözləri BUTA.TV-a Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycana müraciətində səsləndirdiyi fikirlərə münasibət bildirən rusiyalı ekspert Vitali Arkov deyib.
“Azərbaycan artıq deputat Valuyevin fikrinə cavab olaraq onu arzuolunmaz şəxs elan edib. Valuyevin bəyanatı ilə bağlı vəziyyət mediada və bloqsferada yox, - çünki bu, yalnız gərginliyin səviyyəsini artırır - parlamentlərarası dialoqda müzakirə edilməlidir. Vyaçeslav Volodinlə Sahibə Qafarova arasında konstruktiv, açıq dialoq yaranıb. Üstəlik, Milli Məclisin ayrı-ayrı deputatları da bu günlərdə Rusiyanın ünvanına sərt bəyanatlarla “fərqləniblər”. Beləliklə, xanım Qafarova və cənab Volodinin danışacaqları məqamlar var, sonra isə həmkarları arasında izahat işi aparılar. Axı parlamentarilər də diplomatlar kimi böhrandan çıxış yolu tapmaq üçün birgə çalışmalıdır, böhranı daha da gərginləşdirməməlidir”, - o bildirib.
Arkov xatırladıb ki, Azərbaycanda bəzi KİV-lər də Rusiyaya əsassız ittihamlar və hətta açıq-saçıq böhtanlar səsləndirməklə vəziyyəti gərginləşdirir:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Ümid edirəm ki, bütün bunlar rəsmi Bakının siyasəti deyil, belə materiallar müəlliflərinin və baş redaktorların şəxsi mövqeyidir”.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi