Bakıda hərraca çıxarılacaq “Rolls Roys”un sahibi bəlli olub.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil azərbaycanlı iş adamı, “Avrohom” (Eurohome) ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova məxsusdur.
Dövlət nömrə nişanındakı AF hərfləri bunu ifadə edir.
Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Qeyd edək ki, ötən gün Bakıda "Rolls Roys Ghost” avtomobilinin hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Roys Ghost” 75 min kilometr yürüş edib.
Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək.
Xatırladaq ki, bu tipli hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı