Dünən-bu gün sosial şəbəkələrdə, əsasən də İnstaqramda reklam xarakterli “23 fevral – kişilər bayramı” kimi yazılar, çağırışlar gördüm. Bəzi restoranlar, mağazalar bu “özəl günü” qeyd etmək üçün reklamlar yerləşdiriblər. Açığı, çox acığıma gəldi, uzun illərdir ki, Rusiya İmperiyası simvolları ilə beyinləri yuyur, “rus dünyası”nı simvollarla yayır, Azərbaycanda belə simvolizmin yayılması qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki. bu sözləri ReAL sədri Natiq Cəfərli bildirib.
“Azərbaycan üçün “23 fevral günü” 20 Yanvar 1990-cı ildə ölüb, həmin günün tarixi “qırxını” 26 fevral 1992-ci ildə Xocalıda, “ilini” isə 2024-cü ildə, “rusməramlılar”ı ölkəmizdən yola salanda vermişik”, - o vurğulayıb.
N.Cəfərlinin sözlərinə görə, istənilən ölkənin suverenliyi bir tək qorunan sərhədləri, ərazi bütövlüyü, Ordusu, milli valyutası, təhlükəsizlik orqanları, iqtisadiyyatı ilə bərqərar olmur, həm də ideologi təməllər üzərinə inşa edilir:
“Bu mənada yad ellərdən gələn simvolizm çox təhlükəlidir, qarşısını tək inzibati qadağalarla deyil, həm də ictimai müzakirələr, beyinlərə oturmuş dəyərlərlə almaq mümkündür”.
Qeyd edək ki, 23 fevral sovet donanmasının yarandığı gündür və uzun illər keçmiş SSRİ-də ordu günü kimi qeyd edilib. Hazırda Rusiya bu tarixi qeyd etməyə davam edir.
Azərbaycanda Ordu Günü 26 iyundur.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı