Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini verməyəcəklərini yenidən bəyan edib. Bu, yeni məsələ deyil, lakin onun regional kommunikasiyanın açılması ilə bağlı irəli sürdüyü yeni təklifin detalları maraqlıdır.
Erməni baş nazir bildirir ki, Azərbaycanın Naxçıvana çıxışı üçün yol verirlər və bu istiqamətdə (Mehri) mövcud olmayan infrastruktur qısa müddətdə inşa edilə bilər. Lakin hələlik alternativ infrastrukturdan istifadə etmək imkanı var: yük maşınları Gorusun Kornidzor (Almalı) keçid məntəqəsindən keçməklə Ermənistana daxil olur, daha sonra Ermənistan-Türkiyə sərhədində gedən yollarla Türkiyəyə aparılır, eyni marşrut əks istiqamətdə də istifadə edilir; təhlükəsizliyi rəsmi İrəvan təmin edir, azərbaycanlı sürücülər üçün psixoloji çətinlik yaranarsa, yüklərin daşınmasını Ermənistan yollarından daim istifadə edən Türkiyə yük maşınları təşkil edə bilər;
Paşinyanın təklifinə görə, Azərbaycan mövcud infrastrukturdan istifadə etməklə yükləri Türkiyəyə apara, oradan Naxçıvana daşıya bilər. Rəsmi İrəvan bununla həm Azərbaycanla, həm də Türkiyə ilə kommunikasiyanı erməni maraqları çərçivəsində həll etməyi düşünür.
1. Yük maşınlarının Laçın istiqamətindən keçərək, Ermənistan ərazisindən Türkiyəyə aparılması kommunikasiyanın “dəhliz” yox, “yol” məntiqi ilə açılmasının əsasını qoyur və Mehri istiqamətindən planlaşdırılan Zəngəzur dəhlizinin arxa plana keçməsi deməkdir: Kornidzor keçid məntəqəsindən Nikolun təklifi ilə istifadə edilməsi gələcəkdə Mehri istiqamətində də eyni prinsipin tətbiq edilməsinə zəmin yaradacaq;
2. İrəvan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsini Avropa İttifaqının maliyyəsi ilə hazır vəziyyətə gətirib və Ankara ilə razılaşmaya görə, bu keçiddən ilkin mərhələdə üçüncü ölkələr istifadə edə bilər; Paşinyanın məntiqi ilə Azərbaycan “üçüncü ölkə” kimi yoldan istifadə etməlidir və bununla həm Türkiyə-Ermənistan sərhədinin açılması baş tutur, həm də Ermənistan üçün həyati əhəmiyyət daşıyan Avropa bazarına çıxış imkanlarının önü açıla bilər;
İrəvan bir təkliflə iki hədəfə nail olmağa çalışır. Bakının buna razı olmayacağı bəllidir, hərçənd, Paşinyan müxtəlif çıxış yolları tapmaqla regional kommunikasiyanın erməni maraqları naminə açılmasına ümid edir, eyni zamanda, Ermənistanın hər fürsətdə sülhün tərəfdarı olduğunu göstərməyə çalışır.
- Ombudsman Vardanyan və Arutunyana baş çəkdi
- Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi
- ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar
- İrəvan bəyan etdi: Hərbi toqquşma riski var...
- "AlfaSığorta" AZAL təyyarəsinə görə tam sığorta ödənişi etdi
- Bakıda şəhidin valideynləri faciəli şəkildə həlak oldu
- Nardaranın adı yol nişanlarından niyə götürüldü? – AYNA
- Rəsmi Bakıdan Volker Türkə cavab