Dələduzluqda ittiham olunan azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev məhkəmədə konvoy əməkdaşı ilə mübahisə edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, konvoyun polis əməkdaşı keçmiş vəkili məhkəmə zalındakı barmaqlıqlara qədər müşayiət edəndə onlar arasında mübahisə düşüb. E.Paşayev qohumlarını salamlamaq qərarına gəlib və yerin az olması səbəbindən sözügedən polisi itələyib.
Konvoy əməkdaşı müttəhimi bu cür davranışın nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Əvəzində E.Paşayev taleyini qulluq göstərən polisin deyil, hakimin və müstəntiqin həll edəcəklərini deyərək ədəbsiz sözlər işlədib.
Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Məhkəmə "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində A.Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl (təqribən 305 500 manat - red.) və 300 min dollar alıb.
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır