Putin Ukrayna müharibəsində 30 günlük atəşkəs təklifini qəbul edir, lakin şərtləri var: bu, uzunmüddətli sülhlə nəticələnməli və Ukrayna böhranının əsas səbəblərini aradan qaldırılmalıdır.
Rusiyanın Ukraynaya hücumda bəhanə kimi istifadə etdiyi “əsas səbəblər” müharibənin başlanmasından indiyə qədər zaman-zaman dəyişib. Misal üçün, Ukraynadakı rusəsilli şəxslərin “xilas” edilməsi iddiası adekvat reaksiya görmədiyi üçün arxa plana keçdi. Lakin dəyişməyən şərtlər var: Ukraynanın NATO-ya üzv olmaması, Rusiyanın zəbt etdiyi ərazilər üzərində nəzarətinin tanınması və s.
Bu şərtlərin ABŞ tərəfindən qismən də olsa, qəbul ediləcəyi görünür. Ukraynanın NATO-ya üzvlüyü müzakirə masasından çıxarılır, lakin Kiyevə təhlükəsizlik zəmanətinin ən azı Avropa miqyasında verilməsi/təmin edilməsi qaçılmaz olacaq.
Ukrayna ərazi güzəştindən qaça bilməyəcək. Tramp da bildirir ki, Ukrayna ilə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.
Rusiya tələblərinin hamısının qəbul edilməcəyini anlayır, lakin mövcud vəziyyətdən maksimum istifadə etməyə çalışır. Moskvanın şübhələndiyi digər məqam 30 günlük atəşkəs razılaşmasının Kiyevə vaxt qazandıracağı və situasiyanın dəyişə biləcəyidir. Bu perspektiv zəif görünsə də, Ukraynanın ən azı situasiyadan çıxış yollarının qiymətləndirilməsi baxımından buna ehtiyacı var.
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə