Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Hər iki ölkə sənədin mətninin razılaşdırıldığını bildirir. Lakin bu, real sülh prosesinin yalnız başlanğıcıdır və bəzi vacib məsələlər açıq qalır.
Bu sözləri BUTA.TV-a gürcü politoloq Gela Vasadze Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşması haqqında danışarkən deyib.
“Əsas suallardan biri Bakının Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən bu müqaviləni imzalamağa razı olub-olmayacağıdır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların olması rəsmi Bakının əsas narahatlıqlarından biridir”, - o bildirib.
Qeyd edək ki, ötən gün XİN başçısı Ceyhun Bayramov Ermənistanın Azərbaycanın tələblərini qəbul etdiyini və sülh sazişi mətninin tam razılaşdırıldığını bildirib. Ermənistan tərəfi də məlumatı təsdiqləyib.
- Bakıda bu ərazidə evlər plana düşdü – Bu tarixdə sökülür
- Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
- Bakıda ər və arvad zəhərləndi, biri öldü
- Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilindi
- Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video
- Bakıda 37 yaşlı kişi yanaraq öldü
- Qızdırıcı yanıb əridi, kişi tüstüdən boğulub öldü
- Gültəkin Hacıbəyli Azərbaycandadır