Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk edib. İddiaya görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də havaya qalxıb, Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
BUTA.TV xəbər verir ki, ilkin olaraq bu informasiya inandırıcı görünmürdü. Çünki Uitkoffun Rusiyada önəmli görüşlər keçirəcəyi və bu gün də görüşlərin davam edə biləcəyi ehtimal edilirdi.
Az öncə isə Kremlin sözçüsü Dmitri Peskov artıq Uitkovla Rusiya lideri Vladimir Putin arasında ötən gün axşam görüşün baş tutduğunu elan etdi. Peskovun sözlərinə görə, Putin Uitkoffla goruşdən “Trampa siqnallar və əlavə məlumat göndərmək üçün” istifadə edib”.
Bu isə o deməkdir ki, Uitkoffun Moskva görüşü başa çatıb və onun geri qayıtması labüdləşib. Bəs, Uitkoffun Bakıya gəlməsi ehtimalı mümkündürmü?
Azərbaycan XİN bu istiqamətdə sorğunu cavablandırmayıb, eyni zamanda, rəsmi qurumlar da hər hansı açıqlama yaymayıb.
Ancaq Uitkoffun Moskvadan birbaşa Bakıya gəlməsini zəruri edən ehtimal da var. Məsələn, Tramp və Putin görüş yeri olaraq Bakını seçə bilərmi?
Zəruri olaraq qeyd edək ki, Azərbaycan kifayət qədər müstəqil bir ölkədir və Ukrayna münaqişəsində neytrallığını qorumaqla yanaşı, Rusiyaya tətbiq edilən heç bir birtərəfli sanksiyaya qoşulmayıb, eyni zamanda, Ukraynaya daim humanitar yardım göstərib. Azərbaycan hər iki ölkə ilə münasibətlərini yüksək səviyyədə qoruyub.
Müvafiq təcrübə də var: 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş Bakıda baş tutmuşdu.
2018-ci ilin dekabrında NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş də Bakıda keçirilmişdi.
Rusiya lideri Vladimir Putin 24 fevral 2022-ci ildən xarici səfərlərini xeyli məhdudlaşdırıb, BCM-nin Rusiya liderinin həbsinə order verməsindən sonra isə ümumiyyətlə Putin “uzaq xaricə” səfər etməyib. Bu, müharibə aparan bir ölkənin liderinin təhlükəsizliyi ilə bağlı məsələ olmaqla yanaşı, həmçinin Rusiyanın bir nömrəli təyyarəsinin keçdiyi “hava məkanları” ilə bağlıdır.
Əlbəttə, Belarus Putin üçün ən ideal variant ola bilərdi, ancaq bu versiyanı Trampın qəbul etməsi həddən artıq çətin məsələdir.
Bu baxımdan Putinin təhlükəsiz şəkildə gedə biləcəyi ölkələr sırasında Azərbaycan ilk yerdə qərarlaşır. Azərbaycan təhlükəsizlik mühiti, daxili stabillik, hakimiyyətin nüfuzu və ölkənin özünü qorumaq və hava məkanına hakim olmaq kimi keyfiyyətləri, üstəlik, regional lider potensialı Tramp-Putin görüşünün Bakıda keçirilməsi imkanlarına yol açır.
Nəzərə alsaq ki, Tramp ötən gün Putinlə görüşə səbirsizləndiyini də dilə gətirib, onda Uitkoffun Bakıya ehtimal edilən səfərinin bu görüşün təşkili ilə bağlı ola biləcəyi versiyasını istisna etmək olmaz.
- ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib
- Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı
- Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan
- Qarabağda “İskəndər M” olub? – Saakyan açıqladı
- Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı
- Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan
- Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert
- Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?